Şəhid Anar Novruzovun xatirəsi anıldı – VİDEO/FOTOLARbackend

Şəhid Anar Novruzovun xatirəsi anıldı – VİDEO/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş mayor Anar Novruzovun anım günü onun məzarı önündə qeyd olunub.


Asiya TV xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri – Anar İsgəndərov, Məşhur Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, döyüş yoldaşları, qazilər, media nümayəndələri iştirak edib.

Mərasimə gələnlər şəhidin məzarı önünə tər çiçəklər düzüb, ruhuna dualar oxudular.
Tədbir iştirakçıları Tovuz rayonu istiqamətindəki qanlı döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlmiş vətən övladlarının qəhrəmanlığı barədə danışıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa vaxtda, cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığı, Anar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Masallı Rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev və aktrisa Aybəniz Həsənova şəhid mayor Anar Novruzova ithaf edilmiş “Qəhrəmanlıq qalası” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

Məktəblilər də şəhidin məzarı önündə şeirlər söyləyib, səhnələşdirilmiş kompozisiya göstəriblər.

Şəhidin dostları, döyüş yoldaşları, qazilər Anar Novruzovun qəhrəmanlıq dastanına çevrilən həyat yolundan danışıblar.

Şəhid mayorun qardaşı Sucəddin Novruzov çıxış edərək tədbir iştirakçılarına şəhidin ailəsi adından öz minnətdarlığını bildirib.