Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıbbackend

Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən Müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb”.

TİA.AZ xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

O bildirib ki, həmin şəxslərin sayı 30-dan yuxarıdır və dəqiq uçotu hazırlanıb:

“Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qəti imkan tədbirləri dəyişdirilib, 1 şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.