Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği məlum olub.
TİA.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov məlumat verib.
“Eyni zamanda, müharibə zamanı əlilliyi olan şəxslər I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib”, – deyə o qeyd edib.