Şəhid adını daşıyan məktəb xarabalığı xatırladır — VİDEObackend

Şəhid adını daşıyan məktəb xarabalığı xatırladır — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəndəliyev Əliəkbər Qulu oğlu… Vətənin 19 yaşlı, cəsur və ürəkli oğlu! 19 yaşına bir ömürlük qəhrəmanlıq tarixi sığdıran gənc 10 oktyabr 2020-ci il- müharibənin qızğın günlərində yaşadığı qısa ömrü şanlı tarix səhifələrinə yazaraq, əbədiyyətə qovuşub. Kiçik yaşına, qısa, lakin dərin ömrünə dair səhifələr yazmaq, dastanlar qoşmaq olar. Çünki o Tanrının verdiyi ömür payını gözünü qırpmadan Vətəninə, xalqına qurban verəcək qədər məğrur və qorxmazdır! “Bəndəliyev Əiləkbərin adı oxuduğu Salyan rayon Çadırlı kənd məktəbinə verilib” məlumatına ən azı onu görmüş, rəğbətimi özünə söyləmiş qədər sevinmişdim.

Demokrat.azsaytı məktəbin görüntülərini əldə edəndə, düşündüklərim məyusluğa çevrildi. Bu məktəbəbənzər binanın heç bir tərəfini şəhid Bəndəliyevin adına yaraşdıra bilmədim. 

 

Nə birmərtəbəli, solğun tikilini, nə quraqlıq həyətini, nə döşəməsiz sinif otaqlarını, nə də təhsil eşqiylə vurnuxan şagirdlərin boşluğa dirənən məktəb ümidini.. Bu məktəb adlı tikilini xoşagələn edən yeganə səbəb solğun divarından boylanan Ələkbər Bəndəliyevin məğrur baxışlarıdır.

Hə bir də..bu məktəbi doğma edən Ələkbərin nə zamansa bu məktəb dəhlizində gəzmiş, bu solğun sinif otaqlarında əyləşib, oxuyub-yazmış olmasını bilməkdir. Bəlkə də ruhu Çadırlı kəndinin üzərində gəzir, məktəbinin hələ də dəyişməyən görkəmindən narahat olur.. Bəs görəsən, Təhsil Nazirliyi də bir şəhid adı daşıyan məktəbin, onun adına yaraşmayan görkəmindən narahat olurmu?

Şücaət göstərərək tarix yazmış, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Əliəkbər Bəndəliyevə görə bir işıqlı, səliqəli və ən əsası, daha neçə nəslin təhsil alması üçün bir məktəb binası çoxdurmu? Məncə, o və onun kimilər üçün saraylar tikilsə də azdır. Çünki Əiləkbərlər bizə kainat boyda qələbə sevincini bəxş edənlərdi..