Şəhərsalma Komitəsi dəmiryolu xətti üzərindəki tikintini qanunsuz elan etdi – SÖKÜLƏCƏK!backend

Şəhərsalma Komitəsi dəmiryolu xətti üzərindəki tikintini qanunsuz elan etdi – SÖKÜLƏCƏK!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksinin yaxınlığında dəmiryolu xəttinin üstündə tikilən obyektin tikintisi dayandırılıb. Bu barədə Criminal.az saytına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, şikayət əsasında komitənin nəzarət qrupu tikinti aparılan ərazidə olub. Tikintini aparan şəxslər tərəfindən heç bir sənəd təqdim edilməyib.
R.İdrisoğlunun sözlərinə görə, sənəd təqdim edilmədiyi müddətdə həmin tikili qanunsuz hesab olunacaq:
“Bizim komotə qanunsuz tikintinin aparılmasını dayandırıb. Hələlik heç bir sənəd təqdim edilməyib. Tikinti yenidən başlanarsa, sakinlər bizə məlumat versin. Bu işdə vətəndaş birliyi də vacibdir. Yenidən tikintiyə cəhd edilərsə yerli nəzarəti həyata keçirən icra hakimiyyətinə və  Fövqəladə Hallar Hazirliyinə müraciət olunacaq”.
Xatırladaq ki, sözügüdən ərazidə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun adından istifadə olunmaqla obyekt tikilir. Kompleksdə yaşayan sakinlərin şikayətlərinə məhəl qoyulmadan tikinti davam etdirilirdi. Yüksək sürətlə gecə saatlarınadək aparılan tikinti işləri nəticəsində obyektin birinci mərtəbəsi artıq tikilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Əmlak Departamentinin rəisi Məmmədrəsul Məmmədova tikintini ilə bağlı Criminal.az-ın suallarını cavablandırmaqdan imtina edib.

Ərazidə tikinti işlərinə rəhbərlik edın şəxslər deyir ki, onlara heç kim, heç nə deyə bilməz, çünki razılığı onlara Cavid Qurbanov verib. Hazırda sürəkli şəkildə tikinti aparılan ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Həmin zolaqda ötən il yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkiblər. Lakin Cavid Qurbanovun adından əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarmışdılar. Hərəkətlərinə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündıən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.