Səfirliyimizə hücum edənlər belə saxlanıldı – Videobackend

Səfirliyimizə hücum edənlər belə saxlanıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edən bir qrup radikal dini dəstənin üzvləri saxlanılıb.

TİA.AZ  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.