backend

Səfirliklərin bağlanması ilə bağlı deputatdan təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir. Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır?” 

“Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir. Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır?”

TİA.AZ xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, bu səfirlik, konsulluq, nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır:

“Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır.

Hesab edirəm ki, post-neft siyasətinə keçid yalnız, iqtisadi modelə aid olmamalıdır, bu, o cümlədən xarici əlaqələrə də aid olmalıdır. Biz bu istiqamətdə təhlillər aparmalıyıq. Bu təhlil səfirliklərin, konsulluqların, nümayəndəliklərin fəaliyyəti və onlara aid ayrılan vəsait üzərində olmalıdır”.