Səfir Zaxarovanın bu paylaşımına görə Serbiya XİN-ə çağırıldıbackend

Səfir Zaxarovanın bu paylaşımına görə Serbiya XİN-ə çağırıldı

Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ-a səfəri ilə əlaqədar feysbukda yayımladığı paylaşımı ilə bağlı izah verməsi üçün Serbiya Xarici İşlər Nazirliyinə dəvət edilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zaxarova Vuçiçinin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşdə Amerika liderinin qarşısında stulda əyləşməsini görüntələyən fotonu paylaşıb. Daha sonra isə paylaşımın altında məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrdan şəkil yerləşdirib.
Serbiya Prezidenti Zaxarovanın paylaşımına sərt reaksiya göstərərək, bunu “primitivizm və pis davranış” kimi qiymətləndirib.
Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvica Daçiç Rusiya səfiri ilə görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ona zəng etdiyini bildirib. O qeyd edib ki, Zaxarovanın paylaşımı iki ölkə arasındakı münasibətlərdə lazımsız gərginlik yaradıb. Bu səbəbdən Lavrovun iştirakının xüsusilə vacib olduğu qeyd edilib.
“Rusiya diplomatiyasında birinci şəxs olan Lavrovun vəziyyətin həllində iştirakı mənim üçün xoş və vacibdir”,- deyə Serbiya XİN rəhbəri qeyd edib.
Mariya Zaxarova isə daha sonra üzr istəyərək paylaşımın səhv anlaşıldığını bildirib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki