Səfir Qüdsi Osmanov nüfuzlu xarici mətbuatda soyqırımdan yazdıbackend

Səfir Qüdsi Osmanov nüfuzlu xarici mətbuatda soyqırımdan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin təşəbbüsü ilə Moldova mediasında Azərbaycanın təbliğatı uğurla davam etdirilir.

Tia.az xəbər verir ki, bu gün 31 Mart Soyqırımı Günü ilə bağlı Moldovanın nüfuzluxəbər portalında  Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun  məqaləsi yayılıb.

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür. Bununla bağlı Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldovanın nüfuzlu “noi.md” xəbər portalında “В Азербайджане высоко чтят память жертв геноцида” başlıqlı məqaləsi dərc edilib.

Məqalədə daşnak-bolşevik birləşmələrinin 1918-ci ildə Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alır. Həmçinin bildirilir ki, bu illərdə- Birinci Dünya Müharibəsi dövründə azərbaycanlıların ən böyük etnik təmizləməsini həyata keçirilib. İnsanlığa sığmayan qətllər zamanı ermənilər insanları diri-diri yandırır, evləri od vurur, milli memarlıq inciləri sayılan tarixi abidələri, eləcə də məktəbləri, xəstəxanaları, məscidləri dağıdırdılar. Ümumən isə onlar Bakının böyük hissəsini xarabalığa çevirdilər.

Qüdsi Osmanov məqalədə onu da qeyd edir ki, SSRİ dövründə 1918-ci il mart hadisələri xüsusilə araşdırılmamışdı, çünki hakim dairələrdə çox sayda ermənilər var idi. Beləliklə, istintaq zamanı şahid ifadələri sənədlərdən çıxarılırdı. Əksər hallarda isə şahidlərin ifadələri ermənilər tərəfindən alınırdı. Daha sonra həqiqətləri gizlətməkdə maraqlı olan qüvvələr, o dövrdə baş verən hadisələrə dair arxiv materiallarını tamamilə məhv ediblər.

Yalnız 80 il sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Qeyd edək ki, məqalə rus və rumın dillərində dərc edilib.

Məqalənin Moldova mətbuatındakı linkinə keçid:

https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida