backend

Səfir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hər zaman Azərbaycanın yanındadır”. 

“Türkiyə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hər zaman Azərbaycanın yanındadır”.

TİA.AZ xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün Mətbuat Şurasında jurnalistlərlə keçirilən görüşdə çıxışı zamanı bildirib.

Səfir deyib ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi möcuddur:

“Bu problem nəticəsində Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünü var. Bu problem 25 ildir ki, davam edir. ATƏT-in Minsk Qrupunun bu istiqamətdə fəaliyyətində ciddi irəliləyiş hiss olunmur”.

Erkan Özoral qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır:

“Bu münaqişənin 25 ildir ki, həll edilməməsi təəssüf doğurur. Bu, Azərbaycana qarşı ədalətsizlikdir”.