Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı (SƏRƏNCAM)backend

Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı (SƏRƏNCAM)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

 

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.