Səfərbərlik Putinin ordusunu xilas etməyəcək – Politoloqbackend

Səfərbərlik Putinin ordusunu xilas etməyəcək – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Rusiyada qismən səfərbərlik elan olunub.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciətində bildirib.
O, Rusiyanın suverenliyi və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.
Səfərbərliyin elan olunması Rusiya-Ukrayna cəbhəsində vəziyyətə necə təsir edəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bakupost.az -a açıqlamasında deyib ki, Putinin səfərbərlik qərarı rus cəmiyyətinin xoşuna gəlməyəcək, etiraz səsləri artacaq
Politoloq hesab edir ki, səfərbərlik Rusiya ordusunu xilas etməyəcək:
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladığı fevralın 24-dən bu yana səfərbərlik elan etməkdən çəkinirdi. Çünki Kreml sahibinin “xüsusi əməliyyat” adlandırdığı işğalçı müharibəni az qüvvə ilə yekunlaşdırmağı planlaşdırırdı. Səfərbərlik elanı Kreml sahibinin “xüsusi əməliyyat” nağılına rəsmən son qoydu. Putin bir neçə ay əvvəl “müharibəyə müxtəlif dövlətlərdən muzdluları cəlb edə bilərik” dedi, ancaq bu da onun ordusuna uğur gətirmədi. Muzdlular belə Ukrayna müharibəsində ölmək istəmədilər. Putin belə vəziyyətdə səfərbərlik elan etmək məcburiyyətində qaldı. Ancaq səfərbərlik də onun ordusunu xilas etməyəcək, müharibəyə göndərəcəyi gəncləri ölüm gözləyir. Putinin səfərbərlik qərarı rus cəmiyyətinin xoşuna gəlməyəcək. Hələ ki, susurlar, ancaq müharibənin uzanması və artan itkilər etiraz səslərini artıracaq. Hamı anlayır ki, bu, Rusiyanın deyil, Putinin şəxsi müharibəsidir”.