Səfər Mehdiyevlə Qoşqar Təhməzlidən Ramazan bahalaşması: xurma, kişmiş, düyü…backend

Səfər Mehdiyevlə Qoşqar Təhməzlidən Ramazan bahalaşması: Xurma, kişmiş, düyü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayının başlaması münasibəti ilə Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi oruc tutan vətəndaşlarımıza sürpriz edib. TİA. Az xəbər verir ki, DGK ilə AQTA imsak və iftar süfrələrində geniş istifadə olunan, xaricdən gətirilən ərzaq məhsullarına (xurma, kişmiş, düyü və sairə) tətbiq edilən “rüsumu” 15 faiz artırıblar. Nəticədə topdansatışçılar məcburiyyət qarşısında qalaraq, qiymətləri də elə o qədər artırmalı olublar. Orucluğa qədər 650 qramlıq qutuda olan xurmanın qiyməti 1,57 manatdan 1,83 qəpiyə qədər bahalaşıb. Düyü, kişmiş və quru meyvələrin də qiymətində 15 faizlik artım müşahidə olunub.
Gələn xəbərlərə görə, yaxın günlərdə DGK və AQTA qərar veriblər ki, ümumiyyətlə, xaricdən gətirilən ərzaq məhsullarına görə tətbiq etdikləri “rüsumu” 30 faizə qədər artırsınlar.

TİA.AZ