Səfər Mehdiyevin Gəncədəki qohumundan şikayət varbackend

Səfər Mehdiyevin Gəncədəki qohumundan şikayət var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mobil Qrupunun rəisi Elçin Əlizadə bu idarədə çalışan digər işçilərin fəaliyyətinə müdaxilə edir.

Bu barədə Gununsesi.info-ya gömrük strukturlarından bildirilib.

Məlumata görə, Elçin Əlizadənin bu davranışına səbəb onun komitə sədri Səfər Mehdiyevlə qohum olmasıdır.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Elçin Əlizadənin işi yalnız bölgəyə daxil olan TIR maşınlarının möhürünün açılmasından ibarət olsa da o, yük maşınlarındakı malların sayılmasına, rəsmiləşdirilməsinə və digər işlərə qarışır.

Bundan başqa sahibkarla qeyri-qanuni tələblərlə danışan Elçin Əlizadə bəzən “vaxtım yoxdur” deyib günlərlə yük maşınlarının qıfılını açmır.

Elçin Əlizadə ilə bağlı araşdırmamızda onu da öyərəndik ki, Səfər Mehdiyevin sədrliyindən öncə o, gömrük orqanlarından qovulub.