SƏFƏR MEHDİYEVİN ƏMƏKDAŞLARININ HƏBSİNDƏ YENİ DETALLAR – BANK KARTI…backend

SƏFƏR MEHDİYEVİN ƏMƏKDAŞLARININ HƏBSİNDƏ YENİ DETALLARBANK KARTI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun həbsinin yeni detalları məlum olub.

TİA.Az-ın əldə etdiyi xəbərə görə, onların sahibkarlardan rüşvəti necə aldığı istintaq orqanları tərəfindən müəyyən olunub. Əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən gömrük əməkdaşlarının iş adamlarından rüşvəti şəxsi bank kartları vasitəsilə aldığı təsbit edilib.
Onların öz adlarına açdığı bank kartlarına sahibkarlar tərəfindən rüşvət köçürülüb, ardınca gömrük məsələlərinə “yaşıl işıq” yandırılıb.

\

Bu həbslərə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev nə açıqlama verib, nə bu sahədə neqativlərin aradan qaldırılması yönündə addımlar atıb.
Səfər Mehdiyev deyirdi ki, 1 manat da rüşvət alsam həbsxanada oturmağa hazıram. Gömrük sədri onu da bildirirdi ki, ölkədə monopoliya yoxdur.
“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”. Bu da Səfər Mehdiyevin səs-küylü, iddialı və pafoslu bəyanatlarından biri idi. Amma nə oldu?
S.Mehdiyev ciddi kadr islahatları aparmadı, rüşvətə bulaşmış məmurlar işlərinə davam elədilər, gömrük məntəqələrində yenə basabas, süründürməçilik, sahibkarların incidilməsi halları yaşanır.

TİA.Az