SƏFƏR MEHDİYEV GETDİ, NƏ DƏYİŞƏCƏK? – İQTİSADÇIDAN TƏKLİFbackend

SƏFƏR MEHDİYEV GETDİ, NƏ DƏYİŞƏCƏK? – İQTİSADÇIDAN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səfər Mehdiyev getdi, xub, qaldı indi Gömrük Komitəsinin ayrıca qurum kimi ləğv edilməsi, amma bu da yetərli deyil”. TİA.Az bildirir ki, iqtisadçı Natiq Cəfərli belə deyib. Onun fikrincə, əsas məsələ dövlətin yeni gömrük konsepsiyasıdır, bu işin fəlsəfəsinin dəyişməsidir: “Gömrük gözə görünməyən, heç nəyə mane, ayrıca istintaq orqanı olmayan, statistik məlumatlar üçün vacib olan quruma çevrilməlidir.

Gömrük rüsumlarının mahiyyəti yerli istehsala dəstək və yerli istehsalı olmayan, əsas da sosial yönümlü məhsullara 0 yığım üzərində inşa edilməlidir. Gömrük orqanlarınin hərbiləşdirilmiş mahiyyəti də ləğv edilib sivilləşməlidir və İqtisadiyyat Nazirliyində (və ya Maliyyə Nazirliyində) Dövlət Xidməti kimi fəaliyyət göstərməlidir. Gömrük rüsumları ilə bağlı yeni qanunvericiliyə də ehtiyac var, ilk əvvəl ƏDV-nin yığılması Gömrükdən alınmalı, Vergilər Xidmətinə qaytarılmalıdır”.

TİA.Az