Səfər Mehdiyev DTX-nı necə şantaj edir?backend

Səfər Mehdiyev DTX-nı necə şantaj edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsində keçirilən sonuncu kollegiya iclasında Səfər Mehdiyevin verdiyi açıqlamaları mövcud situasiyada kifayət qədər ciddi hadisə adlandırmaq da olar. Bəribaşdan qeyd edək ki, Gömrük Komitəsində keçirilən kollegiya iclasında S.Mehdiyevin səsləndirdiyi fikirlər gununsesi.info saytında dərc edilib və daha sonra müxtəlif KİV-lərdə yer alıb.

Kollegiya iclası olduqca gərgin keçib, yüksək vəzifəli gömrü sistemi əməkdaşlarının mobil telefonları əllərindən alındıqdan sonra onlar iclasa buraxılıblar.

Dövlət Təhlükəsizliyi Komitəsinin (DTX) gömrük sistemində həyata keçirdiyi əməliyyatlardan dərhal sonra kollegiya iclası təşkil edən S.Mehdiyev nələr danışıb?

“Mənə qarşı bəzi qüvvələr səfərbər olunub. Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.

Bu fikirlər Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məxsusdur.

20.06.2022-ci il tarixində DTX Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirir və bir neçə şəxs, eləcə də “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılır.

DTX əməliyyat keçirərək qanunsuz əməllər törədən vəzifəli şəxsləri həbs edir, bunun ardınca kollegiya iclası keçirən S.Mehdiyev ona qarşı “bəzi qüvvələrin səfər olunduğunu” bildirir. Heç şübhəsiz ki, S.Mehdiyev DTX-nı nəzərdə tutur. Daha doğrusu, şantaj edir. Necə?

Komitə sədri “həbs olunanlar orada qalmayacaq” deməklə, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatın heç bir əhəmiyyətə malik olmadığını isbatlamağa çalışır. Yəni, S.Mehdiyev “DTX həbs etsə də, amma həbsdə saxlaya bilməyəcək” deməklə, savaş elan etmiş olur.

E.Xəlilov rüşvət almaqda və vəzifəli səlahiyyətlərini aşmaqda ittiham edilir. S.Mehdiyevin təhdidlərindən belə çıxır ki, rüşvət alan, vəzifə səlahiyyətlərini aşan şəxslər həbs edilməməlidir. Əslində S.Mehdiyev haqlıdır, o mənada ki, gömrük sistemində baş verən hər bir neqativə görə birbaşa sədr həbs edilməli idi. Özünü “sığortalı” hesab edən S.Mehdiyevin xüsusi əminliklə “Ehtiram da azadlığa çıxacaq” deməsi onun həbs edilən rüşvətxor məmurların azadlığını ilə bağlı bütün səylərini səfərbər etdiyini göstərir.

Dövlətin iradəsini, qanunların aliliyini S.Mehdiyevin iştahına qurban vermək olmaz. Ona görə  də S.Mehdiyevin həbs edilən məmurların azadlığı ilə bağlı atdığı addımlar beşiyindəcə boğulmalıdır. Əks halda “ruhdan düşən” S.Mehdiyev yox, dövlətin güc strukturları olacaq. Təsadüfi deyil ki, mütəxəssislər təhlükəsizlik orqanlarını dövlətin oğnurğa sütunu adlandırırlar. “Baş gömrükçü”nün “gücü” ilə rüşvətxor məmurlar həbsdən azad edilsə, udan S.Mehdiyev, uduzan isə dövlət olacaq.

Azsiyaset.com, Ağa Salayev