Səfər Mehdiyev 1 manat rüşvət olsa, bəs istefa verəcəkdi?! Sahil Babayevin həbs edilən qohumunun əməlləri…backend

Səfər Mehdiyev 1 manat rüşvət olsa, bəs istefa verəcəkdi?! Sahil Babayevin həbs edilən qohumunun əməlləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində keçirdiyi əməliyyatda saxlanılanlardan biri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir. TİA.Az xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur.
Rəşad Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
onunla bağlı mediada DGK-nın rəsmi açıqlaması var. Açıqlamada qeyd edilir ki, Rəşad Babayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu deyil və Rəşad Babayev heç vaxt Qərb Ərazi baş Gömrük İdarəsinin rəisi olmayıb.
Təsəvvür edirsiniz DGK bu məzmunda açıqlama verir və 30-40 sayt bunu tirajlayır.
Birincisi, Rəşad Babayevin Sahil Babayevin əmisi oğlu olub-olmamasının məsələyə nə dəxli var. Lap tutaq ki, DGK sədri Səfər Mehdiyevin xalası oğludur. Nəsə dəyişirmi ? Lap Həsənağanın qohumu olsun.
Söhbət Rəşad Babayevin rüşvətxor və korrupsioner olmasından gedir.
İkincisi, DGK öz rəsmi açıqlamasında xüsusi olaraq vurğulayır ki, Rəşad Babayev heç vaxt DGK-da rəis olmayıb, həmişə rəis müavini olub.
Gəlin Rəşad Babayevin tutduğu vəzifələrə baxaq.
Rəşad Babayev Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Sonra Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.
Daha sonra daha böyük qurumda Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib.
Bəli, deyilənə görə Qərb zonasında rəis müavini işləyərkən Gürcüstan vasitəsilə ölkəmizə gələn vətəndaşların, sahibkarların başına o qədər oyun açıb ki, ölkə başçısına yüzlərlə şikayət məktubları gedib. Avtomobil ehtiyat hissələrinin Azərbaycana gətirilməsi üçün 10000 dollar rüşvət alınıb. Məsələnin qəlizləşdiyini görən, DGK sədri Səfər Mehdiyev təcili “qara kassası”nı Cənub Ərazi Baş Gömrük İdarəsinə rəis müavini göndərib. Bu qədər sadə və bəsit.

TİA.Az