Səfa Mirzəyev Milli Məclisin Aparat rəhbəri vəzifəsindən AZAD EDİLDİbackend

Səfa Mirzəyev Milli Məclisin Aparat rəhbəri vəzifəsindən AZAD EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

TİA.AZ-ın xəbərinə görə, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.
O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.