“Sədərək”də etiraz aksiyası – Ticarət mərkəzinin bağlanması tələb edilirbackend

“Sədərək”də etiraz aksiyası – Ticarət mərkəzinin bağlanması tələb edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 23-də səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində çalışan sahibkarlar etiraz aksiyası keçiriblər. Onlar mərkəzin bağlanmasını tələb ediblər.

“Sədərək” Ticarət Mərkəzində çalışan sahibkarlardan biri Turana bildirib ki, müştərilər olmadığı halda və hətta dükanlar bağlı olduğu halda onlardan icarə haqqı alınır. “Mərkəzin rəhbərliyi bizdən icarə haqqını alır. Biz isə pulu ödəyə bilmirik, müştəri yoxdur”.

Sahibkar həmçinin bildirib ki, aksiya zamanı sahibkarlar Ticarət Mərkəzin rəhbərliyi ilə görüşüb. “Rəhbərlik bizə martın 15-dən icarə haqqının hesablanmayacağını bildirib. Ticarət Mərkəzi bağlanmayıb və hazırda 70% dükan işləyir”.