“Sədərək”də baş verən yanğından yenə sahibkarlar ziyan çəkəcək” (EKSPERT)backend

“Sədərək”də baş verən yanğından yenə sahibkarlar ziyan çəkəcək” (EKSPERT)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sədərək”də baş verən yanğından yenə də sahibkarlar ziyan çəkəcək”.
TİA.AZ xəbər verir ki, bunu iqtisadi-ekspert Qubad İbadoğlu “Sədərək” Ticarət Mərkəzində baş verən yanğından danışarkən deyib. O, bildirib ki, son vaxtlar yanğınların davamlı xarakter alması onların qəsdən törədilməsi ilə bağlı şübhələri artırır:
“Bu gün də “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Yəqin ki, bu hadisədən yenə də sahibkarlar ziyan çəkəcək. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı rəsmi açıqlama olmasa da, yenə ehtimallar onun qəsdən törədilməsi üzərində cəmlənib.  Belə yanğınların baş verməsinin və genişlənməsinin başlıca səbəbi yanğından mühafizə qaydalarına əməl olunmamasıdır. Başqa bir səbəb də əmlakın məcburi sığortası üçün əsasların yaradılması ilə izah edilə bilər. Sığorta olunmamış əmlakın yandırılması bu məqsədə xidmət edə bilər”.
Qeyd edək ki, bu gün səhər saatlarında “Sədərək” Ticarət mərkəzində yanğın baş verib.