Seda Sayanın verilişində “Xudayar təsnifi” – VİDEObackend

Seda Sayanın verilişində “Xudayar təsnifi” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Seda Sayanın aparıcılığını etdiyi “Sabahın Sultanı Seda Sayan” verilişində “Xudayar təsnifi” səsləndirilib.

TİA.AZ xəbər verir ki, “Star TV”də yayımlanan proqramda qonaq olan saz ifaçısı Sərkar Şəmkirli İkinci Qarabağ müharibəsində adını qəhrəmanlar sırasına yazdıran şəhid Xudayar Yusifzadəni xatırlayaraq, vətən uğrunda canından keçən igidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədovun müəllifi olduğu mahnı daha əvvəl “Vətən yaxşıdır” adlanırdı.

Xatırladaq ki, Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək “gizir” hərbi rütbəsi alıb. X.Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.