Seda Sayanın özündən iki yaş kiçik qayınanası ilə rəqsi gündəm oldu – VİDEObackend

Seda Sayanın özündən iki yaş kiçik qayınanası ilə rəqsi gündəm oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin aprelində 7-ci dəfə ailə həyatı quran müğənni Seda Sayan sosial şəbəkədə yeni paylaşım edib.
Sənətçi instaqram hesabında qayınanası Hicran Öktenlə rəqs edərkən lentə alınan videosunu bölüşüb.
59 yaşlı Sedanın özündən iki yaş kiçik qayınanası ilə rəqs videosu bir çox onlayn platformalarda yayılaraq gündəm olub.
Sayan qayınanasının adının Hicran olduğunu, amma aralarında səmimiyyət olduğu üçün onu “Hicom” deyə çağırdığını qeyd edib.
Xatırladaq ki, 59 yaşlı Seda Sayan 35 yaşlı musiqiçi Çağlar Ötkenlə ailə həyatı qurub. Cütlüyün 24 yaş fərqi uzun müddət mətbuatın müzakirə mövzusuna çevrilib.
///BAKU.WS