Tribuna İnformasiya Agentliyi

Seçkilərə akkreditə olunan beynəlxalq müşahidəçilərin sayı açıqlandı

10 Aprel

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

TİA.AZ-ın xəbərinə görə, MSK-nın Media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.