Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlanıbbackend

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.

TİA.AZ xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.

Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.

“Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, – deyə MSK sədrinin müavini əlavə edib.

O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək.