ŞƏBNƏM TOVUZLUNUN KONSERT OYUNU-VİDEObackend

ŞƏBNƏM TOVUZLUNUN KONSERT OYUNU-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid xəbərlərinin gəldiyi bir vaxtda Şəbnəm Tovuzlunun İsraildə konsert verməyə hazırlaşması kəskin etirazlarla qarşılaşdı. Bu etirazlardan sonra müğənni açıqlama verərək bildirdi ki, konsert təxirə salınıb:
“Sentyabır ayının 13-də şəhid xəbəri gələn kimi dərhal konsertimi ləğv etdim. Saytlarda yanlış başlıqlar yazırlar ki, orada yaşayan insanlar bunu məndən tələb edib. Xəbəri olduğu kimi yazsalar, daha yaxşı olar. Biz bəyəm xalq düşməniyik ki, şəhidimiz olduğu halda konsert verək? Yazırlar ki, guya onlar belə dönəmdə konsert istəmirlər. Xeyr, bu, doğru məlumat deyil. Əksinə, onlar məndən konserti təxirə salmamağı tələb edirlər. Hətta imtina etdiyim üçün təşkilatçılar mənə qarşı təzminat davası açıblar. Mən onlardan aldığım üç min dolları artıq dünən geri qaytarmışam”, – Şəbnəm Tovuzlu deyib.

İsraildən olan etibarlı mənbələr TiA. Az-a bildiriblər ki, konsert təxirə salınmayıb. Şəbnəb Tovuzlu konserti, çəkilişsiz, hər masanın yanında bir nəzarətçi qoymaqla keçirməyi planlaşdırıb.
Qeyd edək ki, müğənni dünən sosial şəbəkə hesabında xarici pasportla şəkil paylaşıb.

TiA. Az