Saxlanılan polis polkovnikinin ittihamı ağırlaşdırılıb – RƏSMİbackend

Saxlanılan polis polkovnikinin ittihamı ağırlaşdırılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi Hacıyev Rza Xəlil oğlu barəsində verilən ittiham ağırlaşdırılıb”.
Bunu Baş Prokurorluğun Daxili İşlər Orqanlarının İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi Natiq Abdullayev bildirib.
Onun sözlərinə görə, R.Hacıyev qanunsuz olaraq əldə etdiyi silahla atəş açıb:
“Barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi bu Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif edilib. Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır”.
Qeyd edək ki, 2021-ci il dekabrın 16-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini R.Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb.
R.Hacıyevdən AKMS markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Əlavə edək ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir.