Saxlanılan icra başçısı Bakıya gətirildi – Evində axtarış aparılıb – FOTObackend

Saxlanılan icra başçısı Bakıya gətirildi – Evində axtarış aparılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib.

TİA.AZ bildirir ki, bu barədə baku.ws məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.

Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.