Saxalində çayda nəhəng köpək balığı tutdular (VİDEO)backend

Saxalində çayda nəhəng köpək balığı tutdular (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxalindinin Krasnoqorsk bölgəsində balıqçılar çətinliklə də olsa, 100 kiloluq köpək balığını tuta biliblər.

Qaynarinfo xəbər verir ki, balıqçılar öz övlarını videoya alaraq görüntülərini sosial şəbəkədə paylaşıblar. Görüntülərdə balıqçı köpək baılığının çayın ağzında tutulduğunu danışır.

“Saxalin Ecowatch”ın mütəxəssisi Dmitri Lisitsın dişi siyənək köpək balığının tutulduğunu qeyd edib. O, tez-tez Saxalin yaxınlığındakı sularda görünür və sahilə yaxınlaşırmış. Onun yediyi siyənək və çəhrayı somondur.

Lisitsın əlavə edib ki, indiyə kimi bir çox siyənək köpək balığı sürünən torlarda ölmüşdü, lakin onların ovu qadağan edildikdən sonra bu növün nümayəndələrinin sayı bərpa olunub. Buna görə də, Saxalin sahillərində indi daha tez-tez görünəcəklər. Dəhşətli dişlərinə baxmayaraq, insanlar üçün təhlükəli deyillər.

Saxalində çayda nəhəng köpək balığı tutdular (VİDEO)