Satqın eks-prezident Yanukoviç Zelenskiyə səsləndi: Təslim olun… (FOTO)backend

Satqın eks-prezident Yanukoviç Zelenskiyə səsləndi: Təslim olun… (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qaçaq prezident Viktor Yanukoviç prezident Vladimir Zelenskiyə müraciət edərək, “nəyin bahasına olursa-olsun qanı dayandırmağa” çağırıb.
TİA.AZ xəbər verir ki, Yanukoviçin müraciəti RİA Novosti-də yayılıb.
“Mən Vladimir Zelenskiyə bir prezident kimi və hətta bir az da ata kimi müraciət etmək istəyirəm…
Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçiniz” var, amma şəxsən siz nəyin bahasına olursa-olsun, qanı dayandırmağa, sülh razılaşmasına nail olmağa borclusunuz.
Ukraynada, Donbasda və Rusiyada bunu sizdən gözləyirlər. Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız sizə minnətdar olacaqlar”.
Kəşfiyyat mənbələrindən məlum olub ki, Yanukoviçi Ukrayna-Rusiya danışıqları üçün Minskə aparırlar və Kreml onu “Ukrayna prezidenti” qoymaq istəyir.
Alpər