Tribuna İnformasiya Agentliyi

Sarkisyan baş nazir oldu

17 Aprel

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri olub.

Oxu.Az xəbər verir ki, aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.

S.Sarkisyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda yeddi deputatla təmsil olunan “Daşnaksütyun” Partiyasından ibarət koalisiya irəli sürüb.

Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarkisyan baş nazir olub.