Tribuna İnformasiya Agentliyi

“Sarı jiletlilər” 43 min nəfəri işsiz qoydu

27 Dekabr
Fransada “sarı jiletlilər” aksiyası ölkədə 43 min nəfərin işsiz qalmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, işsiz qalan şəxslər dövlətə 28 milyon dollara başa gəlib. 17 noyabrda başlayan nümayişlər 280 alış-veriş mərkəzinə 2 milyard avro zərər verib.
Qeyd edək ki, “sarı jiletlilər” aksiyası benzinə tətbiq edilən vergi artımına etiraz olaraq başlamış, iqtisadi vəziyyətə və hökumətə qarşı etiraza çevrilmişdi.