Sankt-Peterburqda Azərbaycan səfirliyində Ermənistanın Gəncədə törətdiyi terrorun qurbanları anılıb-FOTOLARbackend

Sankt-Peterburqda Azərbaycan səfirliyində Ermənistanın Gəncədə törətdiyi terrorun qurbanları anılıb-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Sankt-Peterburqda səfirliyinin önündə Qarabağa dəstək stendi yerləşdirilib.

Tia.az xəbər verir ki, Rusiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə hazırlanmış anım guşəsində erməni terroru nəticəsində Gəncədə dinc əhalinin öldürülməsini əks etdirən fotolar, “Stop armenian agressions”, “Armenia kills children”, “Pray for Ganja” şüarları, terror zamanı həlak olanların, eyni zamanda cəbhədə şəhid olan əsgərlərimizin fotoları yerləşdirilib.

Anım guşəsini ziyarət edən şəxslər ora əklillər və gül-çiçək dəstələri, oyuncaqlar qoyublar, erməni terroru ilə daha yaxından tanış olublar.
SaqlamHeyat.az saytının rəhbəri bu mərasimdə iştirak edib və fotolar çəkərək, oxucularına təqdim edib.