Tribuna İnformasiya Agentliyi

Sanksiyalardan sonra ruslar ambisiyalı hərbi planlarını gerçəkləşdirə bilmirlər

10 Avqust

Rusiyanın Qərblə ayaqlaşa bildiyi yeganə sahə hərbi sənaye və müasir silahlardır.

Hələ SSRİ dövründən güclü innovativ ənənələrə malik Rusiya hərbi-sənaye kompleksi hazırda məhdud büdcə ilə rəqibləri iə ayaqlaşmağa çalışır.

Rusların son dövrlərdə öyündüyü nailiyyətlərdən biri də “T-14” tipli “Armata” ləqəbli tanklardır.

Neftin qiymətinin 150 dollara çatdığı dövrdə Rusiya bu maşından azı 1000 ədəd istehsal olunacağını iddia edirdi.

“Hazırda isə Kreml yalnız köhnə modellərin modernləşdirilməsinə daha çox üstünlük verməyə məcbur qalıb”, – Almaniyanın “Stern” jurnalının yazarı Hernot Stamper yazır.

Картинки по запросу t-14 armata

Müəllif Rusiyanın ilkin dövrlərdə 2025-ci ilə qədər təqribən 2,5 min “Armata” tankını istehsal etməyi hədəflədiyini yazır. Lakin elə həmin vaxt bu rəqəmin blefdən ibarət olduğunu çox ekspertlər dilə gətirib. Fakt bundan ibarətdir ki, Rusiyanın bu qədər tank buraxmağa nə maliyyəsi, nə də texniki imkanları heç o dövrdə də olmayıb. Bundan başqa, dinc zamanlarda birdən-birə çoxlu sayda ağır texnikanın istehsalı olduqca mənasız, hətta bir qədər şübhəli görünüb.

Rusiya baş nazirinin müavini, hərbi sənaye sahəsini kurasiya edən Yuri Borisov da deyilənlərlə razılaşmalı olub.

O, bir “Armata” tankının təqribən 4,3 milyon dollara başa gəldiyini vurğulayaraq, ən müasir texniki avadanlıqlarla təchiz edilmiş bir maşının kütləvi istehsalının Rusiyaya gərək olmadığını söyləməyə məcbur qalıb.

Картинки по запросу бумеранг машина

“Bizə bu qədər “Armata”, “Bumeranq” (hərbi maşın), nəyimizə lazımdır. Bizim T-72-lər hələ də bazarda böyük alıcı tapa bilir. Özü də həm qiymətinə, həm də effektivliynə görə, istənilən “Abrams” (ABŞ), “Leklerk” (Fransa), “Leopard”la (Almaniya) rəqabətə girmək qabiliyyətinə malikdir”,- Borisov söyləyib.

Hələ ki, rusların 100 ədəd “T-14” tankı ilə kifayətlənə biləcəyi barədə məlumat verilib. Bu maşınlar Taman diviziyasının 1-ci qvardiya tank alayına təslim edilməlidir. Rusiya rəhbərliyi isə gücü köhnə tankların modernləşdirilmiş şəkillərinin ixracatına verməyi qərara alıb.

Məsələn, bu yaxınlarda İraq ordusu T-90S (T-72-nin modern variantı) tipli 39 tank alıb. Ümumiyyətlə, iraqlıların 73 tank almaq niyyəti var. Rusiya tanklarının həm çəkisinin az, həm mobil qabiliyyətinin yüksək, üstəlik texniki xidmət məsələsində daha sərfəli olması İraq kimi ölkələri həmin texnikanı almağa vadar edir.