Tribuna İnformasiya Agentliyi

San-Fransiskoda hinduları alçaldan heykəl götürüləcək – FOTO

14 Sentyabr

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində parlament binası önündəki heykəlin Amerikanın yerli xalqlarını alçaltdığı və buna görə də götürülməsinə qərar verilib.

FaktXəbər-in məlumatına görə, söhbət bir hindunun kovboy ilə katolik missionerin ayaqları altına yıxıldığını göstərən “Early Days” (İlk Günlər) heykəlindən gedir.

San-Fransisko Sənət Komissiyasının sözçüsü Keyt Patterson açıqlamasında, heykəlin ən qısa zamanda götürüləcəyini bildirib. Patterson təhlükəsizlik məqsədi ilə dəqiq tarix söyləməyəcəyini deyib.

Qeyd edək ki, Amerikanın əsl sahibi olan hindular heykəlin götürülməsi üçün uzun müddətdir kampaniya aparırdı.

Bələdiyyənin Kassasiya Kabineti aprel ayında Sənət Komissiyanın heykəli götürmək qərarını “ifadə azadlığını pozmaq” iddiası ilə geri qaytarmışdı. Amma uzunmüddətli təzyiqlərdən sonra məsələni yenidən müzakirəyə çıxarmışdı.