Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1 il boyunca 1GB internet hədiyyə qazan!backend

Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1 il boyunca 1GB internet hədiyyə qazan!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell Telekom” MMC müasir həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal xidmətləri və ən son model smartfonları daha da əlçatan edir. Ölkənin lider mobil operatoru Azercell, dünya bazarında keyfiyyət və etibarlılığı ilə seçilən Samsung şirkəti ilə birgə yeni kampaniyaya start verir. Sentyabr ayının 15-dən etibarən Azercell ailəsinə yeni qoşulan hər bir abunəçi Samsung brendinə məxsus istənilən model smartfon və ya planşet əldə edərək 1 il boyunca aylıq 1 GB internet hədiyyə qazanır.

Kampaniyadan yararlanmaq üçün oktyabr ayının 30-dək Azercell diler və Eksklüziv mağazalarına yaxınlaşaraq, yeni Azercell nömrəsi ilə birgə müasir dizayna malik çoxfunksiyalı Samsung cihazlarından birini əldə etmək kifayətdir.

Bu payız Azercell ilə xatirələrinizi internetə pul xərcləmədən bölüşün!

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_kampaniyasi/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində

yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.