Tribuna İnformasiya Agentliyi

Şampun qabındakı kamerayla qadınların çılpaq videosunu çəkən manyak ilişdi

11 Avqust

Yeni Zellandiyada bir kişi şampun qablarında gizlətdiyi kamerayla 34 qadının duş alarkən çəkdiyi videolarını porno saytlara satdığını etiraf edib.

Musavat.com xəbər verir ki, polis 2017-2018- ci illər arasında çəkilmiş 217 gizli video əldə edib.

Yeni Zellandiyada motel sahibi olan bir nəfər burada gecələmək üçün gələn qadınların videolarını çəkib. Hamama qoyduğu şampun qablarının içərisində gizli kamera yerləşdirib. Qadınlar duş aldıqdan sonra otağa gələrək, kameranı götürüb və çəkilən videonu kompüterinin yaddaşına həkk edb. Bundan sonra isə həmin videoları müxtəlif porno saytlara satıb. Hətta videoların davamı üçün izləyicilərdən dəstək gözlədiyini də etiraf edib. Şampun qablarının içərisindəki kameralar uzaqdan idarə oluna bildiyi üçün qadınların üzləri də aydın görünüb.

Əksəriyyəti 30 yaşında olan bu xanımların hətta şəxsi məlumatları da videoda yerləşdirilib. Polis istismara uğrayan qadınların böyük bir hissəsini taparaq başlarına gələn olay haqqında onları məlumatlandırıb. Yayımlanmış bütün videolar sosial mediadan silinib.

Bunları edən şəxs tutulduqdan sonra 69 fərqli cinayətini etiraf edib. Onu 21 il həbs gözlədiyi ehtimal olunur.