backend

Sami Yusuf Bakıda konsert verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 22-də Heydər Əliyev adına Sarayda dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusufun konsert proqramı baş tutub.  Martın 22-də Heydər Əliyev adına Sarayda dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusufun konsert proqramı baş tutub. 
 
TİA.AZ-ın məlumatına görə, müğənninin konsertinə çox sayda sevəni axın edib. Konsert zamanı Sami Yusuf Azərbaycan mahnıları da ifa edib.
 
“Küçələrə su səpmişəm”, “Sarı gəlin” kimi mahnıları ifa edən müğənni tamaşaçılar tərəfindən alqışlanıb.
 
Sami Yusuf Azərbaycan əsilli İngilis müğənni, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçidir. Müğənni ilk albomu “Al-Muallim”i çıxararaq bütün dünyada məşhurlaşıb. Sami Yusuf Misirdən Türkiyəyə kimi bir çox ölkədə hər kəsin sevimlisinə çevrilib. Albomu 3 milyondan çox satılıb.