Şamaxının ucqar kəndində bayram şənliyi keçirilib -VİDEObackend

Şamaxının ucqar kəndində bayram şənliyi keçirilib -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 27 dekabr tarixində Milli Məclisin Şamaxı rayonu üzrə deputatı Tamam Cəfərova və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Şamaxının Nüydü kəndində yerləşən orta məktəbdə şənlik keçirilib.

Şənlikdə deputat Tamam Cəfərova və “Davam”ın baş katibi Nigar Aslanova da iştirak edib.

Şənlik zamanı 70-dən çox şagirdə Yeni ilin rəmzi olan Şaxta baba tərəfindən hədiyyələr verilib, onların səsləndirdiyi şeirlər dinlənilib, maraqlı söhbətlər edilib. O cümlədən məktəbin şəraiti ilə tanış olunub, onların istəkləri qeydə alınıb.