Tribuna İnformasiya Agentliyi

Şamaxının İcra başçısı Birinci müavinini işdən çıxardı

05 Dekabr

İnterpress.az-ın əldə etdiyi məlumata görə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov birinci müavini olan Qasım Qasımovu vəzifəsindən uzaqlaşdırılması barədə əmr imzalayıb.

Nəzərinizə çatdıraq ki, hələliki Qasım Qasımov yerinə təyinat yoxdur.

Rayondakı bütün özbaşınalıq və qanunsuzluğun başında 1-ci müavini Qasım Qasımov dayanır. Yerli məmurlar və sahibkarlar Qasım Qasımovla hesablaşırlar.

Qasım Qasımov Şamaxı kimi qədim ənənəyə sahib olan rayonu öz qanunları ilə idarə edir. Özünə tam tabe etdirdiyi adamları rayondakı əsas postlara təyin etdirərək istədiyini diqtə edən Qasım Qasımov rayonun su-kanalizasiya və asfalt örtüyünün təmiri üçün ayrılmış 500 000 (beş yüz min) manat vəsaiti keçmiş İcra Başçısı ilə birgə hansı istiqamətlərə xərcləyiblər bəlli deyil. Rayonun küçələri batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilib.

Məlumata görə Tahir Məmmədov İcra Başşısı təyin olunan gündən Şamaxıda yenidən qurma təmir tikinti işlərinə start verilib. İcra Başşısı tez-tez kəndlərə qəfil səfərlər edib problemlərlə yerindəcə tanış olur və onların aradan qaldırılması üçün tapşırıqlar verir.

Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb.
O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.
O, həmçinin İctimai Televiziyada departament direktoru olub və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.