Şamaxıda ana anadangəlmə ürək qüsurlu oğlunun müalicəsi üçün kömək istəyir-FOTO,VİDEObackend

Şamaxıda ana anadangəlmə ürək qüsurlu oğlunun müalicəsi üçün kömək istəyir-FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonu ,Dağ Bağırlı kənd sakini Abdurreyimova Pərvizə Qədir qızı anadangəlmə ürək qüsurlu oğlunun xaricdə müalicəsi üçün kömək istəyir.Onun müraciətini təqdim edirik:
“Mən Abdurreyimova Pərvizə Qədir qızı Şamaxı rayonu, Dağ Bağırlı kənd sakiniyəm.
Mənim oğlum-Cabar Abdurreyimov Faiq oğlu (2000-ci il təvəllüdlü) anadangəlmə ağır ürək qüsurundan əziyyət çəkir, I qrup əlilldir . Maddi vəziyyətimiz ağır olsa da övladımı çətinliklə Azərbaycanda bir çox xəstəxanalara aparıb müayinə etmişik, amma xeyri olmayıb.
Oğlum yataq xəstəsidir,yeriyə bilmir, adicə stəkanı belə müstəqil götürməyə gücü yoxdur.


Cabarın ürəyində 5 dənə deşik var,ürəyə gedən damarları genişlənib,əlləri -ayaqları əsir.
Normalda ürəkdə 2 mədəcik olur,onun isə ürəyində anadangəlmə bir mədəcik var.
10 gündür ki, vəziyyəti bir az da pisləşib. Nəbzi 30-a düşüb..Ürək döyüntüsü 180-ə çatıb. Tez-tez boğulması olduğundan gecə də gündüz də demək olar ki, yata bilmir.
Ən son oğlumu Topçubaşov adına Mərkəzə,”Uzmanlar” klinikasına aparmışıq. Bizə bildirdilər ki, burada onun müalicəsi yoxdur,əməliyyatı mümkün deyil.

Oğlumun xarici ölkədə müalicə olunub sağalmasına yenə ümid var, çarə ola bilər.
Lakin onun xaricdə müalicəsi üçün maddi imkanımız yoxdur, kasıb ailəyik.
Oğlumun vəziyyəti get-gedə pisləşir.Onun yardıma ehtiacı var.
İmkanlı və xeyirxah şəxslərdən oğlumu yaşatmaq üçün xaricdə müalicəsinə maddi kömək etməsini xahiş edirəm”.
Yardım etmək istəyənlər üçün:
Bank kartının fotosu:


Əlaqə telefonu (+994) 50 791 15 23
Kart hesabı: 4169 7413 7267 4786