Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda xərclədibackend

Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda xərclədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.
TİA.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə noyabr ayında qeydə alınıb.
Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.
İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.