Salyanda bayramqabağı bahalaşmabackend

Salyanda bayramqabağı bahalaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Salyanda Novruz Bayramı ilə əlaqədar balıq və balıq məhsulları bahalaşıb.
Rayonun sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, hazırda bazarlarda iri kütüm balığının 1 kq-ı 15-20, xırdaları isə 8-10 manat arasında satılır. Bundan əlavə, damba çəkisi 8-10 m, belamur 8 m, vobla 4-5 m, ilanbalığı biri 80 qəpik, tolastalob 6 manatdır.
Bayram süfrəsinin bəzəyi, ən dadlı balıq olan xəşəm isə tamamilə gözə dəymir… Sakinlər bunun səbəbini xəşəm balığının az tutulması ilə əlaqələndirib.
Sakinlər deyir ki, normal çəkili xəşəm balığının birini Bakıda 100 manata almaq olur.