Tribuna İnformasiya Agentliyi

Salyanda ata qızını öldürüb

02 Dekabr

Daxili İşlər Nazirliyi Salyan rayonundakı qətl hadisəsi barədə məlumat yayıb. 

Daxili İşlər Nazirliyi Salyan rayonundakı qətl hadisəsi barədə məlumat yayıb.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, dekabrın 1-də Salyan rayonunun Xurşud kəndində yaşayan Rauf Əsədov evində münaqişə zəminində qızı Fərqanəyə bıçaqla xəsarət yetirib və nəticədə Fərqanə hadisə yerində ölüb.

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsədov tutulub.