Salyanda ana doğuşdan sonra öldübackend

Salyanda ana doğuşdan sonra öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Salyanda doğuşdan sonra ana ölümü baş verib.
TİA.AZ-ın məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün yanvarın 5-də xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Qadının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, qadının 3 azyaşlı usağı qalıb.
Faktla bağlı araşdırma aparılır.