“Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam” fikrinə görə tənqid hədəfinə gələn deputat Jalə Əhmədova bu dəfə seçiciləri ilə görüşündən yayılan videoya görə sosial şəbəkə istifadəçilərinin hədəfinə gəlib.
Yenisabah.az xəbər verir ki, həmin görüşdə seçicilərdən biri deputatı peyğəmbər elan edib. “Siz Salyana Allah tərəfindən göndərilən elçiniz”, – deyə həmin şəxs bildirib.