Saleh Rüstəmli azadlığa çıxan kimi Azərbaycanı TƏRK ETDİbackend

Saleh Rüstəmli azadlığa çıxan kimi Azərbaycanı TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfv sərəncamı ilə bu gün azadlığa buraxılan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, Saleh Rüstəmli tələb olunan şərtə əməl edərək ölkədən gedib.

Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunub.

S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib.