SALEH MƏMMƏDOV QARABAĞDAKI YENİ YOLDA SÖZLƏRİ ERMƏNİCƏ YAZDIRIB – FOTObackend

SALEH MƏMMƏDOV QARABAĞDAKI YENİ YOLDA SÖZLƏRİ ERMƏNİCƏ YAZDIRIB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər yeni Xankəndi-Gorus yolundan istifadə etməyə başlayıblar. TİA.Az-ın məlumatına görə, erməni mediası yeni yoldan kadrlar paylaşıb. Yolda ermənicə və altında anlaşıla bilməyən bir dildə yazı var. Hansısa kənd, ya rayon ox işarəsi ilə göstərilir deyəsən.
Azərbaycan ərazisindəki yol nişanı niyə ermənicə olmalıdır?! Bunu kim yazıb, basdırıb? Yolun girişindəcə ən azı Gorus-Qafan yolunun Şurnuxu hissəsində olduğu kimi, “Azərbaycana xoş gəlmisiniz” yazmaq olmazdımı?
Düzdür, bu söz ermənilərə haramdır, amma kimin ərazisinə daxil olduqlarını unutmasınlar! Yoxsa elə zənn edəcəklər bu yol onların dədəsindən qalıb, Tiqran da asfaltbasan işləyib…
Yaxud: Ermənistan tərəf bu yolla bağlı xəbərdə Stepanakert-Gorus yolu, Xin Şen, Mets Şen, Axavno-Qoris, Aqari çayı kimi adlardan istifadə edir. Anlatmaq lazımdır ki, Azərbaycan toponimlərini rəsmi qaydaya uyğun işlətməsəniz.
Üstəlik, yolun açılışını da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və İdarə Heyətinin sədri Saleh Məmmədov etməli, lent kəsməliydi. Maraqlıdır, bu yolda erməni dilində sözlərin yazılmasına niyə Saleh Məmmədov nəzarət etməyib? Hər halda yolu çəkən də bizik, xərcini çəkən də bizik, büdcəmizdən pul gedib, bütün nişanları, xətləri, lövhələri bizim yol işçiləri çəkiblər, o halda kim onlara təlimat verib ki, erməni dilində yazılmalıdır?

TİA.Az