Saleh Məmmədov 3 hektar ərazidə yeni otel-malikanə tikdirib – FOTObackend

Saleh Məmmədov 3 hektar ərazidə yeni otel-malikanə tikdirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məmurların korrupsiyaya qurşanması adi hala çevrilib. Sıradan bir naziri azacıq “tərpədən” kimi, milyardlıq yeyintidə əli olduğu üzə çıxır. Bu günlərdə həbs olunan sabiq nazir Səlim Müslümov məsələsi bunun əyani sübutlarından biridir. Ancaq son deyil. 

Zaman içində özünə bahalı mülklər inşa etdirən, böyük vəsaitlər talayan, habelə böyük bizneslər quran məmurların kimliyini də gizlətmək müşkülə çevrilib. Araşdırmaçı jurnalistlər, müasir texnologiyaların imkanları heç nəyi gizlətməyə imkan vermir. Bu gün həmin gizlədilmişlərdən daha biri üzə çıxıb, yəni, aşkarlanıb.

Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov özünə daha bir bahalı otel-malikanə inşa etdirib. TİA.AZ xəbər verir ki, blogger Həbib Müntəzir həmin otel-malikənin Gəncə-Hacıkənd yolunun üstündə, Göygöl rayonunun Aşıqlı kəndi yaxınlıqda tikildiyini bildirib.

Onun bildirdiyinə görə, yeni otel-malikanənin ərazisi 3 hektarddır. Həmin ərazidə Saleh Məmmədova məxsus olan otel, restoran, yanacaqdoldurma məntəqəsi və koteclər fəaliyyət göstərir. “Ölkədəki bütün SMS adlı yanacaqdoldurma məntəqələri Saleh Məmmədovundur. SMS mənası isə yol oliqarxının ən kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun ad, soyad və atasının adlarının baş hərfləridir”.

Həbib Müntəzir onu da qeyd edib ki, keçən il dövlət zəmanəti ilə xaricdən borc alan ən iri şirkət AAYDA olub. “3 milyard 578 milyon 300 min dollar. Qaytara bilməyəndə də, dövlət büdcəsindən, sizin cibinizdən ödəyəcəklər”.