Salam, 90-cı illər: Rusiyada həftəlik inflyasiya 1998-ci ildən bəri rekord həddə çatdıbackend

Salam, 90-cı illər: Rusiyada həftəlik inflyasiya 1998-ci ildən bəri rekord həddə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada fevralın 26-dan martın 4-dək inflyasiya 2,22%-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.
Fevralın 19-dan fevralın 25-dək bu göstərici 0,45%, fevralın 12-dən 18-dək – 0,24%, fevralın 5-dən fevralın 11-dək – 0,13%, yanvarın 29-dan fevralın 4-dək – 0,19% təşkil edib.
Rusiyanın Ukraynaya hücumu fonunda tətbiq edilən sanksiyalar və rublun zəifləməsi nəticəsində yaranan sürətli qiymət artımı 1998-ci ilin dekabrından bəri bir həftənin ən yüksək göstəricisi olub – o zaman bu rəqəm 11,6% idi.
Martın əvvəlindən Rusiyada qiymətlər 1,26%, ilin əvvəlindən isə 3,46% artıb.
2022-ci ilin mart ayının dörd günü üçün orta gündəlik qiymət artımı 2021-ci ilin doqquz gününün orta hesabla 0,026%-i ilə müqayisədə 0,314% təşkil edib.
Rusiyada 4 mart tarixinə illik inflyasiya 2016-cı ilin yanvarından bəri ilk dəfə 10%-i keçərək fevralın sonundakı 9,15%-ə qarşı 10,4%-ə, yanvarın sonunda 8,73%-ə, dekabrın sonunda isə 8,39%-ə çatıb.
Xarici turizm də ruslar üçün bahalaşıb (məsələn, həftə ərzində Türkiyəyə səfərlər 28,7% artıb), eləcə də avtomobil, məişət texnikası və elektronika alışı. Dərmanlar da xeyli bahalaşıb.